Azərbaycan idmanında ağır itki

Azərbaycan idmanında ağır itki

Hazırda oxunan: Azərbaycan idmanında ağır itki

600444

Azərbaycan cüdo ictimaiyyətinə ağır itki üz verib.

Bizim.Media xəbər verir ki, ölkənin ilk cüdo məşqçilərindən biri, yığma komandanın ilk məşqçiləri sırasında yer alan Əhmədov Əziz-Ağa Ata-Baba oğlu (11.09.1946 – 06.03.2026) vəfat edib.

Uzun illər gənc idmançıların yetişməsində böyük xidmətləri olan Əziz-Ağa müəllimin yetirmələri arasında cüdo üzrə dəfələrlə dünya və Avropa mükafatçısı, sambo üzrə 4 qat dünya və 5 qat Avropa çempionu, əməkdar idman ustası Natiq Bağırov, dəfələrlə Azərbaycan və ümumittifaq turnirlərinin qalibləri İsmət İskəndərov, Asif və Arif Yusifovlar, Arif Qasımov, Azərbaycanın əməkdar məşqçiləri Ruzbeh və Rauf Vəliyevlər, Etibar Bağırov, Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirov, Avropa çempionatının gümüş mükafatçısı Tərlan Poladov, VIII SSRİ Xalqlarının Spartakiadasının mükafatçısı İlham Cəfərov, İrsil Xaimov, Əkbər Kərimov, Anatoliy Kaxaneviç, Mirəli Seyidov və yüzlərlə idmançı yer alır.


Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO