Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk matçı “Neftçi” və "Xarı bülbül" komandaları arasında baş tutub. Günün ilk qarşılaşmasında Şuşa təmsilçisi inamlı qələbə qazanıb - 3:0 (25:22, 25:20, 25:18).
Turun son matçında isə "Murov" MOİK-ə eyni hesabla qalib gəlib - 3:0 (25:13, 25:18, 25:8).
Beləliklə, "Murov" 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik "Xarı bülbül" ikinci, 9 xalı olan "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.





























































































