"Qarabağ" "Sabah"la oyunda yaşananlara görə 8700 manat ziyana düşüb

"Qarabağ" "Sabah"la oyunda yaşananlara görə 8700 manat ziyana düşüb

Hazırda oxunan: "Qarabağ" "Sabah"la oyunda yaşananlara görə 8700 manat ziyana düşüb

600032

AFFA "Qarabağ"ı 8700 manat cərimələyib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Martın 1-də keçirilən "Turan Tovuz" – "İmişli" matçında meydan sahiblərinin 4 futbolçusunun sarı vərəqə alması səbəbindən Tovuz təmsilçisi 700 manat cərimə olunub.
 

Həmçinin həmin gün baş tutan "Qarabağ" – "Sabah" qarşılaşmasında Ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığı üçün komanda 700 manat məbləğində cərimələnib.


Bundan əlavə, "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8000 manat cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO