Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti qaliblər bəlli olub.
Bizim.Media xəbər verir ki, 2-ci gündə qarışıq estafet yarışı baş tutub.
Yeniyetmə oğlan və qızlar arasında 1-ci yerdə Almaniya, 2-ci sırada İspaniya, 3-cü pillədə Rusiya təmsilçiləri qərarlaşıblar. Böyüklərin mübarizəsində isə İsveçrə idmançıları Avropa çempionu olublar. İtaliya 2-ci, Almaniya 3-cü yeri tutub.
Martın 6-da idmançılar fərdi və vertikal növlər üzrə mübarizə aparacaqlar.
Bizim.Media






















































































