Azərbaycan Kuboku: Yarımfinala çıxacaq son 2 komanda bu gün müəyyənləşəcək

Azərbaycan Kuboku: Yarımfinala çıxacaq son 2 komanda bu gün müəyyənləşəcək

Hazırda oxunan: Azərbaycan Kuboku: Yarımfinala çıxacaq son 2 komanda bu gün müəyyənləşəcək

599762

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə daha iki cavab matçı keçiriləcək.

Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma Yevlax şəhər stadionunda saat 14:30-da start götürəcək.

İlk görüşdə Tovuz klubu qalib gəlib - 1:0. Cütün qalibi yarımfinalda "Zirə" ilə üz-üzə gələcək.

Günün ikinci matçında "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Oyun Qəbələ şəhər stadionunda saat 18:00-da başlayacaq.
 

Bakıda gerçəkləşən qarşılaşma qolsuz bitib. Cütün qalibi növbəti raundda "Qarabağ"a rəqib olacaq.


Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" və "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO