Azərbaycan Kubokunun dörddəbir final mərhələsi: Bu gün son 2 cavab görüşü olacaq

Azərbaycan Kubokunun dörddəbir final mərhələsi: Bu gün son 2 cavab görüşü olacaq

Hazırda oxunan: Azərbaycan Kubokunun dörddəbir final mərhələsi: Bu gün son 2 cavab görüşü olacaq

0:00
0:00
59942

Bu gün futbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin son iki cavab görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki, qarşılaşmalardan biri Bakıda, digəri Qəbələdə təşkil olunacaq.

Əvvəlcə "Qəbələ" klubu "Sumqayıt"ı qəbul edəcək. İlk matçda "qırmızı-qaralar" səfərdə 1:0 hesablı qələbə qazanıblar.

Premyer Liqada işləri heç də yaxşı getməyən "gənclik şəhəri" təmsilçisi üçün bu oyun avrokubok yolunda son şans sayıla bilər.

Səfər öncəsi komandanın baş məşqçisi Aleksey Baqa yarımfinala adlama imkanlarını kifayət qədər yüksək qiymətləndirib.

İki görüşün nəticəsində qalib olacaq kollektivi yarımfinalda "Qarabağ"la daha ağır sınaq gözləyəcək.

Paytaxtdakı "ASCO Arena"da isə "Səbail" klubu "Zirə"ni qəbul edəcək.

İlk oyunda Rəşad Sadıqovun komandası 4:0 hesabı ilə qalib gəldiyindən, bugünkü meydan sahiblərinin belə ağır məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmür.

Cütün qalibi yarımfinalda "Neftçi"yə rəqib olacaq.

Qeyd edək ki, ilk iki yarımfinalçıdan "Qarabağ" "Keşlə"ni (1:0, 6:0), "Neftçi" isə "Sabah"ı (1:1, 3:1) üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO