İran millisi dünya çempionatından kənarda qala bilər

İran millisi dünya çempionatından kənarda qala bilər

Hazırda oxunan: İran millisi dünya çempionatından kənarda qala bilər

599271

İran milli komandası dünya çempionatında iştirakı ilə bağlı risklə üzləşə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac məlumat verib.

Tacın sözlərinə görə, ABŞ və İsrail tərəfindən edilən hücumlar, eləcə də ölkənin Ali lideri ayətullah Əli Xameneyinin vəfatı fonunda İran millisinin turnirdə iştirakı ilə bağlı perspektivlər qeyri-müəyyən görünür.
 

Federasiya rəhbəri qeyd edib ki, baş verən hadisələrdən sonra qarşıdakı dünya çempionatına nikbin baxmaq çətindir. ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava zərbələri artıq bir neçə gündür davam edir. Regionda vəziyyət gərgin olaraq qalır ki, bu da təkcə siyasi deyil, idman proseslərinə də təsir göstərə bilər.


İran millisi ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda G qrupunda yer alıb. Komanda iyunun 15-də Yeni Zelandiya, 21-də Belçika, 26-da isə Misirə qarşı oyun keçirməlidir.

Komandanın ABŞ-a gedib-getməyəcəyi və turnirdə iştirak edib-etməyəcəyi hələlik açıq sual olaraq qalır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO