Bu gün, fevralın 13-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışlarının sonuncu günü keçiriləcək.
Bizim.Media xəbər verir ki, final gününün proqramı iki mərhələdən ibarətdir:
əvvəlcə kişilər arasında fərdi proqramda ikinci təsnifat mərhələsi, daha sonra isə kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə finallar keçiriləcək.
Azərbaycan gimnastı Selcan Maqsudova qadınlar arasında fərdi proqramın finalında çıxış edəcək.
Xatırladaq ki, seçmə mərhələdə S.Maqsudova öz qrupunda ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir.
Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir.
Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək.
Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:29 / 13.02.2022
Gimnastımız Dünya Kubokunun finalında mübarizəyə qoşulur
Hazırda oxunan: Gimnastımız Dünya Kubokunun finalında mübarizəyə qoşulur
Hazırda oxunan: Gimnastımız Dünya Kubokunun finalında mübarizəyə qoşulur
59915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.