Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək.
Bizim.Media xəbər verir ki, ilk görüşdə rəqibinə 0:3 uduzan "Fənərbaxça" bu dəfə "Nottingem Forest"lə İngiltərədə qarşılaşacaq.
"Qarabağ"ın rəqibləri olmuş "Ferentsvaroş" və "Ludoqorets" bu dəfə Macarıstanda üz-üzə gələcək.
"Porto", “Braqa” (hər ikisi Portuqaliya), “Midtyülland” (Danimarka), “Betis” (İspaniya), “Frayburq” (Almaniya), “Lion” (Fransa), “Roma” (İtaliya) və “Aston Villa” (İngiltərə) artıq 1/8 finaldadır.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 fevral
21:45. “Ferentsvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan)
İlk oyun – 1:2
21:45. “Viktoriya” (Çexiya) – “Panatinaikos” (Yunanıstan)
İlk oyun – 2:2
21:45. “Ştutqart” (Almaniya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 4:1
21:45. “Srvena Zvezda” (Serbiya) – “Lill” (Fransa)
İlk oyun – 1:0
00:00. “Genk” (Belçika) – “Dinamo” (Xorvatiya)
İlk oyun – 3:1
00:00. “Selta” (İspaniya) – PAOK (Yunanıstan)
İlk oyun – 2:1
00:00. “Nottingem Forest” (İngiltərə) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 3:0
00:00. “Bolonya” (İtaliya) – “Brann” (Norveç)
İlk oyun – 1:0.
Bizim.Media





























































































