Arif Əsədov: “Qarabağ” “Nyukasl”dan çox şey öyrənə bilər”

Arif Əsədov: “Qarabağ” “Nyukasl”dan çox şey öyrənə bilər”

Hazırda oxunan: Arif Əsədov: “Qarabağ” “Nyukasl”dan çox şey öyrənə bilər”

598049

“İlk oyundan sonra “Nyukasl”la görüş “Qarabağ” üçün artıq formal xarakter daşıyacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında futbol mütəxxəssisi Arif Əsədov deyib.

Onun sözlərinə görə “Qarabağ” təcrübə baxımından “Nyukasl”dan çox şey öyrənə bilər:

“İlk oyundakı məğlubiyyətdən sonra növbəti mərhələyə çıxmaq şansları yoxdur. Artıq “Qarabağ” sırf şəxsi nüfuzuna görə oynamalıdır. Komanda məğlubiyyətlərə baxmayaraq belə rəqiblərlə oyunlarda təcrübə baxımından çox şey öyrənə bilər.

Yəni komanda kimi möhkəmlənmək baxımından “Nyukasl”la oyunun əhəmiyyəti var. Əsas odur ki, “Qarabağ” yaxşı mübarizə aparsın. Təbii ki, çox çətin olacaq. Burada “Nyukasl”ın gücündən əlavə azarkeşlərin dəstəyini də nəzərə almaq lazımdır. İngiltərəli azarkeşlər qarşısında oynamaq çox çətindir. İnanıram ki, “Qarabağ” bu gün yaxşı oyun göstərəcək”

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı bu gün gecə saat 00:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO