PSJ Fransa Liqa 1-in 23-cü turunda “Mets”lə oyun ərəfəsində futbolçusu Usman Dembelenin durumuna aydınlıq gətirib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Monako” ilə Çempionlar Liqasının pley-off mərhələsində keçirilən və 3:2 hesabı ilə başa çatan matçda əvəzlənən hücumçunun sol ayağının baldır nahiyəsində problem yaranıb.
O, yaxın günlərdə məşqlərini fərdi şəkildə davam etdirəcək. Yarımmüdafiəçi Fabian Ruis isə məşəqlərini bərpa edib.
Qeyd edək ki, PSJ – “Mets” qarşılaşması fevralın 22-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:18 / 21.02.2026
Dembele yenidən ZƏDƏLƏNDİ
Hazırda oxunan: Dembele yenidən ZƏDƏLƏNDİ
Hazırda oxunan: Dembele yenidən ZƏDƏLƏNDİ
597563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































