Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Hazırda oxunan: Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

597149

Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları start götürür.

Bizim.Media xəbər verir ki, 8 qarşılaşmadan dördü saat 21:45-də, qalan yarısı 00:00-da başlayacaq. Ən maraqla gözlənilən oyunlardan biri İstanbulda baş tutacaq. “Fənərbağça” İngiltərə Premyer Liqa təmsilçisi “Nottingem Forest”i sınağa çəkəcək. “Seltik” – “Ştutqart” görüşü
də gərgin keçməlidir.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyunlar

21:45. “Brann” (Norveç) – “Bolonya” (İtaliya)

21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Genk” (Belçika)

21:45. “Fənərbağça” (Türkiyə) – “Nottingem Forest” (İngiltərə)

21:45. PAOK (Yunanıstan) – “Selta” (İspaniya)

00:00. “Seltik” (Şotlandiya) – “Ştutqart” (Almaniya)

00:00. “Lill” (Fransa) – “Srvena Zvezda” (Serbiya)

00:00. “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

00:00. “Panatinaikos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları fevralın 26-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO