Volkan Dəmirəl "Qarabağ" – "Nyukasl Yunayted" qarşılaşmasına dair proqnozunu açıqladı

Volkan Dəmirəl "Qarabağ" – "Nyukasl Yunayted" qarşılaşmasına dair proqnozunu açıqladı

Hazırda oxunan: Volkan Dəmirəl "Qarabağ" – "Nyukasl Yunayted" qarşılaşmasına dair proqnozunu açıqladı

596768

Türkiyə yığmasının və "Fənərbağça" klubunun sabiq qolkiperi Volkan Dəmirəl UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" və İngiltərənin "Nyukasl Yunayted" komandaları arasındakı matç haqqında fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, tanınmış mütəxəssis AZƏRTAC-a verdiyi müsahibədə sözügedən görüşün gərgin mübarizə şəraitində və çətin keçəcəyini vurğulayıb.

Onun qənaətinə görə, Ağdam təmsilçisi bu dəfə də azarkeşlərini maraqlı oyunla sevindirəcək:

"İngiltərə klublarının səviyyəsi hər kəsə bəllidir. Onlara qarşı mübarizə aparmaq heç də asan deyil. Ümidvaram ki, "Qarabağ" "Nyukasl Yunayted" üzərində qələbə qazanmağa nail olar".

Xatırladaq ki, "Qarabağ" - "Nyukasl Yunayted" qarşılaşması sabah saat 21:45-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO