İtaliyanın "Yuventus" klubu Çempionlar Liqası oyunundan öncə əsas hücumçusunu itirib.
Bizim.Media xəbər verir ki, insayder Canluka Di Marzionun məlumatına görə, turinlilərin forvardı Conatan David zədələnib.
Qasıq nahiyəsində ağrılar hiss edən kanadalı futbolçunun sabah Türkiyənin "Qalatasaray" klubu ilə keçiriləcək qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Bununla yanaşı, A Seriyasının son turunda "İnter"lə matçı buraxan yarımmüdafiəçi Kefren Türamın adı iştirak ərizəsinə daxil edilib və o, meydana çıxa bilər.
Qeyd edək ki, 26 yaşlı David cari mövsüm klub səviyyəsində 34 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media































































































