Albaniya çempionatında 24-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin şərəfini qoruduğu "Eqnatiya" növbəti matçına çıxıb.
Səfərdə "Vora"nın qonağı olan Zamiqin komandası meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
24 yaşlı mərkəz müdafiəçisi start heyətdə yer alıb. 90-cı dəqiqədə əvəzlənən futbolçumuz oyunun 80-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Bu bərabərlikdən sonra xallarının sayını 43-ə çatdıran "Eqnatiya" turnir cədvəlində 2-ci pillədəki mövqeyini qoruyub saxlayır.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:50 / 14.02.2026
Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Hazırda oxunan: Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Hazırda oxunan: Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
596287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































