“Marsel” komandasının daxilində ab-hava pozulub.
Bizim.Media xəbər verir ki, bu haqda “L’Epuipe” nəşri məlumat yayıb. Məlumata görə, futbolçularla baş məşqşçi Xorxe Sampaoli arasında problemlər yaşanır.
Futbolçuların argentinalı mütəxəssisi ciddiyə almadığı, verdiyə tapşırıqlara bivec yanaşdığı iddia olunur. Bu səbəbdən oyunçular onun verdiyi göstərişləri meydanda tətbiq edə bilmirlər.
Bildirilir ki, “Marsel”in ölkə kubokunun 1/4 finalın” Nitsa"ya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra gərginlik daha da artıb.
Xatırladaq ki, "Marsel” Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ"ın rəqibidir. Bu komandaların ilk oyununu fevralın 17-də səfərdə, cavab matçı isə bundan 1 həftə sonra Bakıda keçirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:39 / 11.02.2022
“Qarabağ”la oyun ərəfəsi “Marsel”də ab-hava korlandı
Hazırda oxunan: “Qarabağ”la oyun ərəfəsi “Marsel”də ab-hava korlandı
Hazırda oxunan: “Qarabağ”la oyun ərəfəsi “Marsel”də ab-hava korlandı
59626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.