"Liverpul", "Arsenal" və "Mançester Siti" "Nyukasl"ın cinah oyunçusu Entoni Qordona ciddi maraq göstərirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlmat yayıb.
Hazırda "mersisaydlılar" 24 yaşlı cinah oyunçusu uğrunda mübarizədə liderlik edirlər.
"Sağsağanlar" isə Qordonun getməsini istəmirlər. Klub yalnız böyük məbləğdə təklif gələcəyi təqdirdə onu buraxmağa hazırdır. "Nyukasl" Entoni üçün 109 milyon avroluq təklif gözləyir.
Bu məbləği isə hələlik yalnız "Liverpul" ödəməyə razıdır. Ona görə də "mersisaydlılar"ın Qordonu transfer etmək şansı "Arsenal" və "Mançester Siti"dən çoxdur.
Qordon 2023-cü ilin yanvar ayından bəri "Nyukasl"da oynayır. Bu mövsüm hücumçu bütün yarışlarda 34 oyunda meydana çıxıb, 10 qol vurub və beş məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Nyukasl" "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibidir. Bu komandalar arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq.
Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:26 / 14.02.2026
"Liverpul" "Arsenal"ı 109 milyon avroya MƏĞLUB EDİR
Hazırda oxunan: "Liverpul" "Arsenal"ı 109 milyon avroya MƏĞLUB EDİR
Hazırda oxunan: "Liverpul" "Arsenal"ı 109 milyon avroya MƏĞLUB EDİR
596243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































