İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Hazırda oxunan: İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

596137

“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Yanvarda Kerrikin rəhbərliyi altında “Mançester Yunayted” turnir cədvəlinin liderləri “Arsenall və “Mançester Siti”ni məğlub edib. Klub London təmsilçisinə 2022-ci ildən sonra ilk dəfə qalib gəlib.

44 yaşlı mütəxəssis 2024-cü ilin aprelindən bəri bu ada layiq görülən ilk ingilis məşqçi olub.

Ondan əvvəl mükafatı Şon Dayç qazanmışdı.

Ümumilikdə yanvar-fevral aylarında Kerrikin rəhbərliyi altında Premyer Liqadakı 5 matçda “qırmızı-şeytanlar” uduzmayıb - 4 qələbə, 1 heç-heçə.

Xatırladaq ki, Kerrikin “Mançester Yunayted”ə mövsümün sonunadək müvəqqəti baş məşqçi təyin olunduğu yanvarın 13-də açıqlanmışdı. O, yanvarın 5-də istefaya göndərilən portuqaliyalı mütəxəssis Ruben Amorimi əvəz edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO