“Sabah”ın qapıçısı komandadan AYRILA BİLƏR

“Sabah”ın qapıçısı komandadan AYRILA BİLƏR

Hazırda oxunan: “Sabah”ın qapıçısı komandadan AYRILA BİLƏR

596017

"Sabah"ın qolkiperi Stas Pokatilov komandadan ayrıla bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın “Vesti.kz” portalı məlumat yayıb.

Tanınmış portalın yaydığı xəbərə görə, 33 yaşlı qolkiper “bayquşlar”la müqavilə müddətini yeniləməyib və xarici klublarla danışıq aparır.

Xüsusilə də Türkiyə klublarının onunla maraqlandığı bildirilir:
 

"Pokatilov özü Türkiyə Super Liqasında özünü sınamaqdan çəkinmir və yeni komanda ilə ilkin müqavilə imzalamağa hazırdır. Qazaxıstanlı futbolçunun “Sabah”la müqaviləsi bu ilin iyun ayında bitir və bundan sonra o, azad agent kimi Türkiyəyə gedə biləcək".


Qeyd edək ki, 33 yaşlı qapıçı 2025-ci il yanvarın 21-də “Sabah”a keçib və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO