Benzemaya görə matçlara çıxa bilməyəcəklər

Benzemaya görə matçlara çıxa bilməyəcəklər

Hazırda oxunan: Benzemaya görə matçlara çıxa bilməyəcəklər

595977

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu legioner limiti ilə bağlı çətin duruma düşüb.

Bizim.Media xəbər verir ki, klub rəhbərliyi Kərim Benzemanın transferindən sonra iki ulduz futbolçunun adını çempionat üçün sifariş ərizəsindən çıxarıb.
 

Söhbət hücumçu Darvin Nunez və müdafiəçi Pablo Maridən gedir. "Qızıl top" sahibinin gəlişi komandada əcnəbi futbolçu sayının artmasına səbəb olub. Nəticədə məşqçilər korpusu limiti aşmamaq üçün bu iki futbolçunu siyahıdan çıxarmaq məcburiyyətində qalıb.


Məlumata görə, hər iki futbolçu mövsümün qalan hissəsində daxili çempionatda oynaya bilməyəcək. Onlar komandaya yalnız Asiya Çempionlar Liqası matçlarında kömək edə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO