“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Hazırda oxunan: “Milan” futbolçusunu İngiltərə klubuna SATDI

595961

"Bornmut" "Milan"dan icarəyə götürdüyü Aleks Ximeneslə bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, Premyer Liqa klubu ispaniyalı müdafiəçinin transfer hüquqlarına yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

"Bornmut" 20 yaşlı sağ cinah müdafiəçisi üçün İtaliya klubuna 18,5 milyon avro təzminat ödəyib. İspaniya U-21 millisinin üzvü ilə 2031-ci ili 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, "Bornmut" Aleks Ximenesi mövsümün vvəlində icarəyə götürüb. Gənc oyunçu komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO