“Tottenhem” baş məşqçini istefaya göndərdi

“Tottenhem” baş məşqçini istefaya göndərdi

Hazırda oxunan: “Tottenhem” baş məşqçini istefaya göndərdi

595753

Uğursuz mövsüm keçirən "Tottenhem" baş məşqçi Tomas Frankla bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi danimarkalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Tomas Frank mövsümün əvvəlində "Tottenhem"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Londonlular İngiltərə Premyer Liqasında 26 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO