AFFA-dan Kurban Berdıyevə sərt cəza

AFFA-dan Kurban Berdıyevə sərt cəza

Hazırda oxunan: AFFA-dan Kurban Berdıyevə sərt cəza

595711

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, toplantıda Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar verilib. “Sabah” – “Qəbələ” oyununa qonaqlar təyin edilmiş vaxtdan gec gəldiyindən, xəbərdarlıq edilib.
 

“Kəpəz”lər görüşün 41-ci dəqiqəsində “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alıb. Buna görə, məşqçi 1 oyunluq cəzalanıb, klub 2500 manat cərimə ilə üzləşib.


Qarşılaşmanın 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə alıb və ardından hakimləri təhqir edib.

Bu isə Berdiyevin 4 oyunluq diskvalifikasiyasına və “Turan Tovuz”un 10000 manat cərimələnməsinə səbəb olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO