Çelsi “Barselona”nın üzvü üçün 80 milyon TƏKLİF EDƏCƏK

Çelsi “Barselona”nın üzvü üçün 80 milyon TƏKLİF EDƏCƏK

Hazırda oxunan: Çelsi “Barselona”nın üzvü üçün 80 milyon TƏKLİF EDƏCƏK

595565

"Barselona"nın hücumçusu Ferran Torres İngiltərə Premyer Liqasına qayıda bilər.

Bizim.Media xəbər veerir ki, "Çelsi" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

London klubu Torresi mövsümün sonunda heyətinə qatmağa çalışacaq. "Çelsi" 25 yaşlı forvard üçün İspaniya klubuna 80 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvarında "Mançester Siti"dən 55 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 16 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO