Qurban Qurbanov: “Nərimanın gedişi ürəkaçan deyil, amma buna ehtiyac var idi”

Qurban Qurbanov: “Nərimanın gedişi ürəkaçan deyil, amma buna ehtiyac var idi”

Hazırda oxunan: Qurban Qurbanov: “Nərimanın gedişi ürəkaçan deyil, amma buna ehtiyac var idi”

595537

Nərimanın gedişi bizim üçün ürəkaçan hal deyil. Sadəcə, onun son vaxtlar məlum məsələlərə görə getməsinə ehtiyac var idi.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Nəriman Axundzadənin komandanı tərk etməsi barədə danışarkən deyib.

Futbolçunun ABŞ-ın "Kolumbus Kryu" klubuna keçidinə münasibət bildirən mütəxəssis onun son iki ildə komandanın ən məhsuldar oyunçularından biri olduğunu söyləyib:

“Danışıqlar ciddi gedir. Proses yekun mərhələyə yaxınlaşsa da, bəzi detallar hələ tam dəqiqləşməyib. Getməsi özün üçün daha yaxşıdır. Özündə deyildi, hər gün fərqli fikirlərlə çıxış edirdi. Komandamızdan getməsi toparlanması və özünü yenidən tapması üçün vacibdir. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Amma artıq edəcək nəsə yoxdur. Ümid edirəm ki, gələcəkdə daha yaxşı Nəriman görəcəyik”.

Q. Qurbanov qeyd edib ki, futbolçulara gələn təkliflər bəzən oyunlar ərəfəsində xoşagəlməz vəziyyət yaradır:

“Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşıb dedi ki, yaxşı təklif gəlib. Hər dəfə belə xoşagəlməz hallar yaşanır. Lakin təklif elə yerdən gəlir ki, oraya ancaq pul üçün getmək olar. Çalışırıq ki, komandanı oyunlara yaxşı hazırlaya bilək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO