Futbol üzrə milli komandamızın üzvü olan Renat Dadaşovun gələcək kareyarası ilə bağlı müəmma davam edir. Polşanın “Motor” klubunda çıxış edən təcrübəli hücumçunun əvvəlcə transferə çıxarılması ilə bağlı xəbərlər yayıldı. Bu mənada futbolçunun daha çox Azərbaycan klublarına keçidi gündəmə gəlmişdi.
Polşa mətbuatı iddia edir ki, Dadaşov “Zirə” ilə danışıq aparır və bu klubla müqavilə bağlamaq ehtimalı xeyli yüksəkdir.
Məsələni dəqiqləşdirmək üçün “Zirə” klubu ilə əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Bizim.Media-ya açıqlamasında bu transferin gündəmdə olmadığını
bildirdi:
“Renat Dadaşovun bizim kluba keçəcəyi ilə bağlı deyilənlər yalandır. Biz adıçəkilən futbolçu ilə danışıq aparmamışıq. Ona görə də bu transfer hal-hazırda gündəmdə deyil”.
Qeyd edək ki, Renat Dadaşov heç vaxt Azərbaycan klublarında çıxış etməyib. O, Almaniya, Portuqaliya, İsveçrə, İngiltərə, Türkiyə və Polşa klublarının şərəfini qoruyub. Hazırkı klubu “Motor”da isə 11 oyunda meydana çıxsa da, fərqlənə bilməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:30 / 10.02.2026
Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA
Hazırda oxunan: Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA
Hazırda oxunan: Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA
595524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































