“Bavariya” millinin üzvü ilə müqaviləni UZATDI

“Bavariya” millinin üzvü ilə müqaviləni UZATDI

Hazırda oxunan: “Bavariya” millinin üzvü ilə müqaviləni UZATDI

594709

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Serj Qnabri ilə razılıq əldə edib.

Bizim.Media xəbər verir ki, Bundesliqa nəhəngi almaniyalı hücumçunun sözləşməsinin müddətini uzadıb.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı forvardla 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək  ki, "Bavariya" Serj Qnabrini 2017-ci ilin yayında "Verder"dən 8 milyon avroya transfer edib.

Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heeyətində meydana çıxdığı 26 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO