Ronaldo komanda məşqlərinə də QOŞULMADI

Ronaldo komanda məşqlərinə də QOŞULMADI

Hazırda oxunan: Ronaldo komanda məşqlərinə də QOŞULMADI

594336

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda Kriştiano Ronaldo ilə bağlı gərginlik davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Əbdüləziz Əl-Oseymi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, komanda bu gün səhər saatlarında məşqə çıxıb.

Dünən "Əl-Riyad"la matçda (1:0) iştirak etməyən futbolçular üçün nəzərdə tutulan hazırlıq prosesində komandanın kapitanı Ronaldo yenə iştirak etməyib.
 

Qeyd edək ki, dünənki oyunun iştirak ərizəsinə salınmayan 40 yaşlı hücumçunun klubda xoşbəxt olmadığı bildirilir. Yayılan xəbərlərə görə, ulduz futbolçu yay transfer pəncərəsində Səudiyyə Ərəbistanını tərk edərək karyerasını Avropa və ya MLS-də davam etdirmək niyyətindədir.


Xatırladaq ki, 2023-cü ildən "Əl-Nəsr"də çıxış edən portuqaliyalının klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO