"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Hazırda oxunan: "Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

594125

FİFA prezidenti Canni İnfantino Rusiya millisinin beynəlxalq turnirlərdən kənarlaşdırılması qərarına yenidən baxılması məsələsinə toxunub.

Bizim.Media xəbər verir ki, "Sky News"un məlumatına görə, ali futbol qurumunun rəhbəri Rusiyaya tətbiq edilən sanksiyaların heç bir müsbət nəticə vermədiyini etiraf edib:
 

"Biz bu qadağanın ləğvini nəzərdən keçirməliyik. Qətiyyən tərəfdarı deyiləm. Bu məhdudiyyət heç nə vermədi, əksinə, daha çox məyusluq və nifrət yaratdı. Rusiyalı qız və oğlanların Avropanın müxtəlif bölgələrində futbol oynaması onların inkişafı üçün daha faydalı olardı".


Bununla yanaşı, C.İnfantino FİFA-nın qaydalara dəyişiklik etməli olduğunu vurğulayıb.

O bildirib ki, qurumun nizamnaməsində heç bir ölkənin siyasi səbəblərə görə futboldan məhrum edilməməsi barədə bənd təsbit olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO