"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Hazırda oxunan: "Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

593902

İspaniya La Liqasının 22-ci həftəsində "Real Madrid" son saniyələrdə vurulan penalti qolu ilə evdə "Rayo Valyekano"nu 2:1 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, Santyaqo Bernabeuda keçirilən matçda "ağ-bənövşəyi"lilərə qələbə qazandıran qolları 15-ci dəqiqədə Vinisius Junior və 90+10-cu dəqiqədə penaltidən Kilian Mbappe vurub.

Qonaq komandanın yeganə qolunu 49-cu dəqiqədə Xorxe De Frutos vurub.
 

"Real Madrid"də oynayan Türkiyə millisinin futbolçusu Arda Güler matça ilk 11-likdə start heyətində başlayıb və 77 dəqiqə meydanda qalıb.


Bu nəticə ilə "Real Madrid" xallarını 54-ə çatdırıb və liqa lideri "Barselona"dan bir xal az olmaqla, ikinci yerdədir. "Rayo Valyekano" 22 xalla 16-cı yerdə qərarlaşıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO