“Fənərbağça” gənc hücumçu ilə ANLAŞDI

“Fənərbağça” gənc hücumçu ilə ANLAŞDI

Hazırda oxunan: “Fənərbağça” gənc hücumçu ilə ANLAŞDI

593636

"Anje"nin hücumçusu Sidiki Şerif karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Fənərbağça" fransalı forvardın xidmətində maraqlıdır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi Sidiki ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Fransa klubu 19 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Sidiki Şerif "Anje"nin yetirməsidir. Gənc oyunçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO