"Baş məşqçi olmaq istəməzdim"

"Baş məşqçi olmaq istəməzdim"

Hazırda oxunan: "Baş məşqçi olmaq istəməzdim"

593489

"Barselona"nın aparıcı futbolçusu Rafinya gələcək karyerası ilə bağlı maraqlı açıqlama verib.

Braziliyalı vinger futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi çalışmaq niyyətində olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, futbolçu bu qərarını belə izah edib:
 

"Məşqçinin həyatı həddindən artıq tələbkardır. Sən işə hamıdan tez gəlirsən, hamıdan gec gedirsən və faktiki olaraq otellərdə yaşayırsan. Bu, ailəyə qarşı haqsızlıqdır. Məşqçi olmaq istəməzdim".


Ulduz futbolçu futbolda başqa vəzifələrdə çalışmağa isti yanaşsa da, baş məşqçiliyin onun üçün ən sonuncu variant olduğunu vurğulayıb.

Qeyd edək ki, Rafinya cari mövsümdə (2025/2026) keçirdiyi 21 rəsmi oyunda 13 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO