Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Hazırda oxunan: Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

593484

Rusiyanın “Baltika” klubu sosial media hesablarında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Çempionlar Liqasındakı tarixi uğurundan bəhs edən paylaşım edib.

Bizim.Media xəbər verir ki, Kalininqrad təmsilçisi sabiq futbolçusunu pley-off mərhələsinə yüksəlməsi münasibətilə xüsusi postla təbrik edib:
 

"Dünən axşam Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bəs bunun bizim klubla nə əlaqəsi var? Çox sadə: Ağdam komandasına “Baltika”nın keçmiş üzvü rəhbərlik edir!"


Xatırladaq ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın formasını geyinib. O, bu klubun heyətində 14 rəsmi matçda meydana çıxaraq 1 qolla yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO