Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Hazırda oxunan: Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

593472

"Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan Zeki Çelik gələcəyi ilə bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, türkiyəli müdafiəçi A Seriyası təmsilçisindən ayrılacaq. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
 

28 yaşlı futbolçu yeni sözləşmə təklifini qəbul etməyib. Təcrübəli sağ cinah müdafiəçisi yayda azad agent statusu ilə paytaxt klubunu tərk edəcək.


Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən 7,4 milyon avroya transfer edib.

Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO