Qurban Qurbanov belə qarşılandı –FOTO/VİDEO

Qurban Qurbanov belə qarşılandı –FOTO/VİDEO

Hazırda oxunan: Qurban Qurbanov belə qarşılandı –FOTO/VİDEO

593343

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə ilk dəfə vəsiqə qazanan “Qarabağ” Vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, klubun baş məşqçisi Qurban Qurbanov coşqu ilə qarşılanıb.
Komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin əsas mərhələsinin sonuncu turunda İngiltərədə “Liverpul” klubuna 0:6 hesabı ilə məğlub olub.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO