Dünya futbolunda transfer məbləği rekord həddə ÇATDI

Dünya futbolunda transfer məbləği rekord həddə ÇATDI

Hazırda oxunan: Dünya futbolunda transfer məbləği rekord həddə ÇATDI

593261

FİFA 2025-ci il üzrə qlobal transfer hesabatını açıqlayıb.

Bizim.Media xəbər verir ki, müvafiq hesabata əsasən, yeni rekordlar qeydə alınıb. 

Belə ki, ötən il kişi futbolunda klublar tərəfindən ümumilikdə 24 558 beynəlxalq transfer həyata keçirilib.
 

Bu, 2024-cü illə müqayisədə 7 faiz çoxdur və tarixin ən yüksək göstəricisidir. Transferlərə xərclənən ümumi məbləğ isə 13,08 milyard dollara çatıb.


Hesabatda peşəkar (kişi və qadın) və həvəskar səviyyələr də daxil olmaqla, ümumilikdə 86 158 beynəlxalq keçidin reallaşdığı vurğulanıb.

Qeyd edək ki, ilin ən bahalı və səs-küylü transferlərindən biri almaniyalı ulduz Florian Virtsin "Bayer"dən İngiltərə çempionu "Liverpul"a keçidi olub. Mersisayd təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün 100 milyon funt sterlinq (təxminən 137,7 milyon dollar) zəmanətli ödəniş edib, müqavilədə əlavə 16 milyon funtluq bonuslar da nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO