"Yuventus" Kenan Yıldızla yeni müqavilə imzalamağa yaxındır.
Bizim.Media xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli vingerlə razılığa gələ bilib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Kenanla 2030-cu və ya 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq. 20 yaşlı futbolçunun illk maaşı 6 milyon avro təşkil edəcək.
Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:28 / 27.01.2026
“Yuventus” Kenan Yıldızla RAZILAŞDI
Hazırda oxunan: “Yuventus” Kenan Yıldızla RAZILAŞDI
Hazırda oxunan: “Yuventus” Kenan Yıldızla RAZILAŞDI
593070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































