"Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq

"Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq

Hazırda oxunan: "Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq

592522

Çempionlar Liqasının 8-ci turunda "Qalatasaray"la qarşılaşacaq "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandadakı son vəziyyətlə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis zədəli futbolçuların durumu barədə məlumat verərkən braziliyalı hücumçu Savinyonun İstanbul təmsilçisinə qarşı matça çıxmamaq ehtimalı olduğunu bildirib:

"Savinyonun vəziyyəti hələ də qeyri-müəyyəndir. Zədəsi iki və ya üç həftə çəkə bilər, bəlkə də daha az, bunu bilmirəm".

İspaniyalı çalışdırıcı digər zədəli futbolçuların vəziyyətindən də danışıb:

"Niko Qonzalesin Rodri yoxkən "Qalatasaray"la oyunda bizə kömək edəcəyinə ümid edirəm, amma onun da vəziyyəti sual altındadır".

Xatırladaq ki, "Mançester Siti" - "Qalatasaray" qarşılaşması yanvarın 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO