"Bəzən alınmayanda alınmır, motivasiyanı qorumaq vacibdir" - Qurban Qurbanov

"Bəzən alınmayanda alınmır, motivasiyanı qorumaq vacibdir" - Qurban Qurbanov

Hazırda oxunan: "Bəzən alınmayanda alınmır, motivasiyanı qorumaq vacibdir" - Qurban Qurbanov

592511

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində "Qarabağ" klubu "Kəpəz"lə qarşılaşıb. Matç "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk olaraq rəqibi təbrik edib.

O, Azər Bağırovun komandasının yaxşı oyun nümayiş etdirdiyini və layiqli qələbə qazandığını bildirib. Qurban Qurbanov mövsümün ikinci hissəsinə istədikləri kimi başlaya bilmədiklərini etiraf edib:

"Çox yaxşı mübarizə apardılar və layiqli qalibiyyət əldə etdilər. Çox istəkli idilər, udmaq istəyirdilər. Futbolçularıma gəlincə, alınmayanda alınmır. Əziyyət çəkdilər, yoruldular.

Çempionatın ikinci hissəsinə daha yaxşı başlamaq istəyirdik. Buna baxmayaraq qarşıda asan oyunumuz olmayacaq. Bütün matçlara maksimum hazırlıq, maksimum motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə “Liverpul”la matça hazırlaşmalıyıq. Komandalar daha təcrübəli olublar. Bir-birini daha yaxşı tanıyırlar. Daha aktiv, məsuliyyətli olmalıyıq. Mübarizə aparacağıq. Hər bir xal dəyərlidir".

Mütəxəssis transfer danışıqlarının davam etdiyini, lakin futbolçu gətirməyin asan olmadığını bildirib. Bəhlul Mustafazadəyə Çin klublarından marağın olduğunu təsdiqləyən baş məşqçi hazırda bütün diqqətin “Liverpul”la oyuna yönəldiyini qeyd edib. O, Elvin Cəfərquliyevə “Fənərbaxça”dan gələn təkliflə bağlı yayılan xəbərlərdən isə məlumatsız olduğunu söyləyib:

"Təkcə Bəhlula yox, digər oyunçulara da maraq var. Təkliflər mövcuddur. Amma hazırda bütün diqqətimiz "Liverpul"la oyuna yönəlib. Hələlik konkret qərar verilməyib".

Baş məşqçi matçda zədələnən Bədavi Hüseynovun durumu barədə narahatlığını da ifadə edib:
"Zədəsi ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum".

Təcrübəli mütəxəssis "Ayntraxt"la oyundan sonra onu tənqid edənlərə münasibətini isə emosional şəkildə ifadə edib:

"Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildir bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO