"Real" cari mövsümün sonunda Yurgen Kloppu baş məşqçi vəzifəsinə gətirməyi düşünür.
Bizim.Media xəbər verir ki, bu haqda "Touchline" məlumat yayıb.
"Liverpul"un keçmiş baş məşqçisi Madrid təmsilçisinə fundamental bir tələb irəli sürüb. Belə ki, o,
oyunçuların transferində həlledici söz sahibi olmaq istəyir.
Xüsusilə qeyd olunur ki, Klopp "Real"ı çalışdırarsa, müdafiə xəttinin ciddi şəkildə yenidən quracaq. Almaniyalı mütəxəssis planlarında Daniel Karvaxal və Ferland Mendi kimi veteranları görmür.
Qeyd edək ki, Yurgen Klopp 2015-2024-cü illərdə "Liverpul"un baş məşqçisi olub. O, hazırda "Red
Bull"da futbol rəhbəri vəzifəsini tutur.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:56 / 23.01.2026
Kloppdan "Real"a ŞƏRT
Hazırda oxunan: Kloppdan "Real"a ŞƏRT
Hazırda oxunan: Kloppdan "Real"a ŞƏRT
592379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































