"Neftçi" "Zirə" ilə, "İmişli" "Araz-Naxçıvan"la HEÇ-HEÇƏ ETDİ

"Neftçi" "Zirə" ilə, "İmişli" "Araz-Naxçıvan"la HEÇ-HEÇƏ ETDİ

Hazırda oxunan: "Neftçi" "Zirə" ilə, "İmişli" "Araz-Naxçıvan"la HEÇ-HEÇƏ ETDİ

592364

Misli Premyer Liqasında 17-ci tur start götürüb.

Bizim.Media xəbər verir ki, nəticədə çempionatdakı 32 günlük fasilə başa çatıb.

Turun 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. İlin ilk qarşılaşması "İmişli" ilə "Araz-Naxçıvan" arasında olub. Quba Olimpiya İdman Kompleksində keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb.

Bu komandalar arasında 1-ci dövrənin oyunu Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Günün 2-ci matçı isə “Palms Sports Arena”da oynanılıb. Burada "Neftçi" "Zirə"ni qəbul edib. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Nəticədə "Neftçi" xallarının sayını 21-ə çatdırıb və 7-ci yerə yüksəlib. 3-cü sıradakı "Zirə"nin isə (29 xal) mövqeyi dəyişməyib.

Sözügedən komandaların 1-ci dövrədəki qarşılaşmasında 2:2 hesabı qeydə alınmışdı.

23 yanvar (cümə)

19:00. “Neftçi” – “Zirə” - 0:0

Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

“Palms Sports Arena”

14:30. “İmişli” – “Araz-Naxçıvan” - 2:2

Qol: Luis Silvestr, 5 (1:0), Şarl Boli (1:1), Dieqo Almeyda, 84 (2:1), Ramon Maçado, 90+1 (2:2)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Quba OİK stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO