Fransanın "Marsel" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Liqa 1 təmsilçisi "Feyenoord"dan Kvinten Timberi transfer edib. Bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Marsel" niderlandlı futbolçu üçün onun klubuna 4,5 milyon avro təzminat ödəyib. 24 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Feyenoord" Kvinten Timberi 2022-ci ilin yayında "Utrext"dən transfer etmişdi. Niderland millisinin üzvü bu mövsüm Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:11 / 23.01.2026
Niderland millisinin yarımmüdafiəçisi Fransa KLUBUNDA
Hazırda oxunan: Niderland millisinin yarımmüdafiəçisi Fransa KLUBUNDA
Hazırda oxunan: Niderland millisinin yarımmüdafiəçisi Fransa KLUBUNDA
592360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































