Dünyanın ən varlı klubları AÇIQLANDI

Dünyanın ən varlı klubları AÇIQLANDI

Hazırda oxunan: Dünyanın ən varlı klubları AÇIQLANDI

592223

Nüfuzlu "Deloitte" şirkəti 2024/2025 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edən futbol klublarının reytinqini açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıya ardıcıl üçüncü ildir ki, "Real" başçılıq edir. "Kral klubu"nun illik gəliri 1,16 milyard avro təşkil edib.

Müqayisə üçün qeyd edək ki, Madrid təmsilçisi ötən hesabatda 1,05 milyard avro göstərici ilə yenə zirvədə yer almışdı.

Ən çox gəlir əldə edən klubların ilk onluğu aşağıdakı kimidir:

1. "Real" (İspaniya)  - 1,16 milyard avro

2. "Barselona" (İspaniya) - 974,5 milyon avro

3. "Bavariya" (Almaniya) - 860,6 milyon avro

4. "PSJ" (Fransa) - 837 milyon avro

5. "Liverpul" (İngiltərə) - 836,1 milyon avro

6. "Mançester Siti" (İngiltərə) - 829,3 milyon avro

7. "Arsenal" (İngiltərə) - 821,7 milyon avro

8. "Mançester Yunayted" (İngiltərə) - 793,1 milyon avro

9. "Tottenhem" (İngiltərə) - 672,6 milyon avro

10. "Çelsi" (İngiltərə) - 584,1 milyon avro

Qeyd edək ki, ümumilikdə reytinqdə yer alan 20 ən yaxşı klubun məcmu gəliri 2024/2025 mövsümündə rekord həddə, 12,4 milyard avroya çatıb. Bu isə ötən mövsümlə müqayisədə 11 faiz artım deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO