Braziliya millisinin çalışdırıcısı Karlo Ançelotti “Real”ın baş məşqçisi vəzifəsinə qayıtmaq istədiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Touchline” qəzeti məlumat yayıb.
Madrid klubu 66 yaşlı italiyalı mütəxəssisi alternativ kimi nəzərdən keçirir. Komandanı hazırda istefaya göndərilmiş Xabi Alonsonu əvəz edən Alvaro Arbeloa çalışdırır. Amma onun postunda qalacağı inandırıcı deyil.
Ançelotti əvvəllər Braziliya millisindəki müqaviləsi bitdikdən sonra yenidən məşqçilik etmək istədiyi yeganə klubun “Real” olacağını bildirmişdi.
Qeyd edək ki, Ançelotti 2013-cü ildən 2015-ci ilə qədər və 2021-ci ildən 2025-ci ilə qədər Madrid komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 353 matçda 253 qələbə qazanıb və 48 heç-heçə edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:00 / 22.01.2026
Ançelotti yenidən “Real”a QAYIDA BİLƏR
Hazırda oxunan: Ançelotti yenidən “Real”a QAYIDA BİLƏR
Hazırda oxunan: Ançelotti yenidən “Real”a QAYIDA BİLƏR
592170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































