Tarixi QƏLƏBƏ: “Qarabağ” “Ayntraxt”a qalib gəldi - VİDEO

Tarixi QƏLƏBƏ: “Qarabağ” “Ayntraxt”a qalib gəldi - VİDEO

Hazırda oxunan: Tarixi QƏLƏBƏ: “Qarabağ” “Ayntraxt”a qalib gəldi - VİDEO

592018

Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi evdə Frankfurt "Ayntraxt"ını qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bunadək "Qarabağ" “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb, “Atletik"ə (1:3), "Napoli"yə (0:2) və "Ayaks"a (2:4) uduzub. 

"Ayntraxt" isə "Qalatasaray"a (5:1) qalib gəlib, "Napoli" ilə heç-heçə (0:0) edib, "Atletiko"ya (1:5), "Liverpul"a (1:5), "Atalanta"ya (0:3) və "Barselona"ya (1:2) məğlub olub.
 

Hazırda Liqa mərhələsinin turnir cədvəlində Qurban Qurbanovun komandası 7 xalla 25-cidir. 3 gün əvvəl Dino Toppmölleri istefaya göndərən və bugünkü matça Dennis Şmittin rəhbərliyi altında çıxacaq "Ayntraxt" isə 4 xalla 33-cüdür.


Qeyd edək ki, "Qarabağ" son - 8-ci turda səfərdə "Liverpul"la qarşılaşacaq (29 yanvar). 

Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur

21:45. "Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Almaniya) - 3:2

Qol: Kamilo Duran, 4 (1:0), Can Uzun, 11 (1:1), Şaybi, 78-pen. (1:2), Kamilo Duran, 80 (2:2), Bəhlul Mustafazadə, 90+4 (3:2)

Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Lukas Fendrix (İsveçrə)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO