“Dnepr”dən açıqlama: “Qarabağ”ın boşluqları var”

“Dnepr”dən açıqlama: “Qarabağ”ın boşluqları var”

Hazırda oxunan: “Dnepr”dən açıqlama: “Qarabağ”ın boşluqları var”

59047
Avrokuboklarda yeganə təmsilcimiz Ağdamın “Qaraba𔝠klubu bu gün Avroliqa çərçivəsində növbəti görüşünə çıxacaq.
 
Məlumat görəqarabağlılar Ukraynada “Dnepr”in qonağı olacaqlar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov görüş öncəsi mətbuat konfransında oyuna qələbə üçün çıxacaqlarını deyib:
 
“Bu gün bizi çətin oyun gözləyir. Zədəli futbolçularımız olsa da, oyuna maksimum dərəcədə diqqətli hazırlaşmalıyıq. Rəqibin heyətində çox yüksək texnikalı futbolçular var. Bilirik ki, “Dnepr” də bu oyuna qələbə üçün çıxacaq, amma biz əlimizdən gələni edəcəyik. Komandamız baxımlı futbol sərgiləyərək, Bakıya uğurlu nəticə ilə dönməyə çalışacaq”.
 
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovda “Dnepr"lə qarşılaşmada azarkeşlərin sürətli və baxımlı oyunun şahidi olacaqlarını bildirib.
 
"Dnepr"in baş məşqçisi Miron Markeviç  isə “Qarabağ”ın asan rəqib olmadığını deyib:
 
“Biz onların “Sent-Etyen”lə görüşündə bunun şahidi olduq. “Qaraba𔝠yaxşı hücum futbolu oynadı, amma onların da boşluqları var. Biz onlardan istifadə etməyə çalışacağıq”.
 
Xatırladaq ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən "Dnepr" - "Kopenhagen" matçında azarkeşlərin xuliqanlıq etməsindən sonra UEFA Ukrayna klubunu cəzalandırıb. UEFA-nın qərarına görə “Dnepr” ”“ “Qaraba𔝠görüşü azarkeşsiz keçiriləcək. Kiyevdə baş tutacaq qarşılaşmaya yalnız Fan klublar buraxılacaq. Görüşdə təxminən 500-ə yaxın tamaşaçı "Qarabağ"ı dəstəkləyəcək.
Qeyd edək ki, oyunu çexiyalı hakimlər briqadası idarə edəcək.(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO