“Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı OYNADI

“Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı OYNADI

Hazırda oxunan: “Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı OYNADI

589185

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

Bizim.Media xəbər verir ki, turnirin favoritlərindən olan Misir millisi Beninlə qarşılaşıb.

Görüşün iştirakçıları arasında “Neftçi”nin yarımmüdafiəçisi Sessi D`Almeyda da olub.
 

Benin yığmasının start heyətində yer alan yarımmüdafiəçi 77-ci dəqiqədə Attidjikou Samadou ilə əvəzlənib. “Sumqayıt”dan Benin millisinə dəvət alan Abdul Raşid Mumini isə cəzalı olduğu üçün görüşü kənardan izləyib.


Görüşün əsas vaxtında qalib aşkarlanmayıb - 1:1. Əlavə vaxtda daha üstün olan Misir 1/4 finala adlayıb.

Misir - Benin - 3:1

Qollar: Attia, 69 (1:0), Dossou, 83 (1:1), İbrahim, 97 (2:1), Salah, 120+4 (3:1)

Bununla da Benin millisi qitə kubokunda çıxışını başa vurub. Misir isə 1/4 finalda Nigeriya - Mozambik cütünün qalibi ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO