“Roma” “Beşiktaş”ın futbolçusunu transfer etmək istəyir

“Roma” “Beşiktaş”ın futbolçusunu transfer etmək istəyir

Hazırda oxunan: “Roma” “Beşiktaş”ın futbolçusunu transfer etmək istəyir

588934

"Roma" "Beşiktaş"ın futbolçusu Ernest Muçini transfer etməyi planlaşdırır.

Bizim.Media "Tuttosport"a istinadən xəbər verir ki, "canavarlar" icarə əsasında "Trabzonspor"un formasını geyinən 24 yaşlı futbolçunu yaxından izləyir və hətta onu canlı izləmək üçün skautlarını bir neçə dəfə Türkiyəyə də göndərib.
 

Mövsümün sonunda Muçinin "Roma"ya keçidi reallaşa bilər. Onun "Trabzonspor"la icarə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.


Albanın "Beşiktaş"la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.

O, “Tirana” və “Legiya”da da oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO