Erməni xizəkçi “Azərbaycan” yazısını gizlətməyə çalışdı - Cəzalandırıldı - FOTO

Erməni xizəkçi “Azərbaycan” yazısını gizlətməyə çalışdı - Cəzalandırıldı - FOTO

Hazırda oxunan: Erməni xizəkçi “Azərbaycan” yazısını gizlətməyə çalışdı - Cəzalandırıldı - FOTO

588743

İtaliyada keçirilən "Tour de Ski" yarışlarında erməni xizəkçi Mikael Mikaelyan qalmaqalla gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, o, yarış zamanı formasının üzərində yer alan “Azərbaycan” yazısını yapışqan lentlə bağlayıb.

Bu hərəkətinə görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
 

Qeyd edək ki, sözügedən yazı titul sponsorluğu ilə bağlıdır. 2025-ci ilin may ayında FIS ilə Azərbaycanın Dövlət Turizm Agentliyi arasında beşillik əməkdaşlıq müqaviləsi imzalanıb.


Razılaşmaya əsasən, Dünya Kubokunun bir sıra mərhələlərində idmançıların geyimlərində “Azərbaycan” adı yerləşdirilir.

Hadisə İtaliyanın Toblah şəhərində baş verib. İsveçin “Expressen” nəşrinin məlumatına görə, Mikaelyan baş verənlərlə bağlı geniş şərh verməkdən imtina edib və oxşar sanksiyaların təkrarlanacağı təqdirdə yarışları boykot edəcəyi ilə hədələyib.

Maraqlıdır ki, idmançının həmin yarışlardakı nəticələri uğurlu olmayıb. Belə ki, o, müvafiq olaraq mükafat yerlərindən uzaq - 72-ci, 87-ci və 118-ci yerləri tutub.
 

Onu da qeyd edək ki, "Tour de Ski" yarışları çərçivəsində Azərbaycanın reklamı təkcə idmançıların formalarında deyil, eyni zamanda tras boyunca da geniş şəkildə nümayiş etdirilib.


Xatırladaq ki, 2026-cı ilin yazında Azərbaycan mogul üzrə Dünya Kubokunun mərhələsinə ev sahibliyi edəcək. Yarışlar 14-15 mart tarixlərində Şahdağda keçiriləcək. (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO