"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

Hazırda oxunan: "Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

587620

Cari mövsüm "Real" təmir olunmuş "Santyaqo Bernabeu"nun istismarından 400 milyon avrodan çox gəlir əldə etməyi gözləyir.

Bizim.Media xəbər verir ki, bu haqda AS məlumat yayıb.

"Kral klubu"nun ümumi gəlirinin 1,248 milyard avro olması proqnozlaşdırılır. "Real həin məbləğin təxminin 1/3-ni - 402,5 milyon avronu stadionun istifadəsindən əldə ediləcək.

Ötən mövsüm klub təkcə kompleks daxilindəki biznesdən (oyun biletləri xaric) 79,1 milyon avro qazanıb. Bunun 52,6 milyon avrosu stadion turlarından, 15,4 milyon avrosu tədbirlərdən və konsertlərdən, 10,3 milyon avrosu isə restoranlardan gəlib.

Bu il turlardan əldə edilən gəlirin 31 faiz artacağı gözlənilir. Qastronomik məkanlar və VİP zonalar hesabına da əhəmiyyətli artım proqnozlaşdırılır. Həmçinin stadionun əsas incisi hesab edilən "SkyBar" hələ açılmayıb. Yaxın gələcəkdə konsertlərin tam bərpası və "Apple" ilə birlikdə stadionu virtual eynəklərdən istifadə etməklə ziyarət etməyə imkan verəcək "Bernabeu Infinito" layihəsinin başlaması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO